• Şb. İyl 27th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Milli azadlıq hərəkatının başlandığı gün

Noy 17, 2022

Loading

17 noyabr Azərbaycanda Milli Dirçəliş Günüdür. 1988-ci ilin noyabrında 100 minlərlə azərbaycanlı Ermənistanın təxribatlarına və Sovet İttifaqının ikili siyasətinə etiraz olaraq o zaman Bakıdakı “Lenin”-indiki Azadlıq meydanında toplaşdı. Bu, Azərbaycanda milli-azadlıq hərəkatının başlanğıcı idi. Sovet İttifaqı rəhbərliyinin ermənilərin Dağlıq Qarabağa iddiasına loyal münasibəti və qərəzli mövqeyi, Azərbaycan xalqını ayağa qaldırmışdı. Yüz minlərlə insanın Azadlıq meydanına axışması isə ən yeni tarixin təməlini qoydu. Mitinqin ilk günləri göstərdi ki, Azərbaycanda hələ SSRİ-nin heç bir yerində rast gəlinməyən mübarizə başlayır. Bu, əsl xalq hərəkatı, milli azadlıq hərəkatı idi. Bunları görən rəsmi Moskva İttifaq dönəmində Azərbaycanda ilk dəfə fövqəladə vəziyyət elan etdi. SSRİ-nin müxtəlif ərazilərində dislokasiya edilmiş daxili qoşun qüvvələri Bakıya gətirilərək meydanda yerləşdirildi, 17 gün idi davam edən mitinqlər dekabrın 3-dən 4-nə keçən gecə güc yolu ilə dağıdılıd. Mitinqdə iştirak edənlərin bir qismi həbs edildi. Lakin imperiya başlanan milli azadlıq hərəkatını bununla boğa bilmədi. 17 gün ardıcıl davam edən mitinqlər Azərbaycanda milli azadlıq hərəkatının başlanğıcı oldu. Dövlət müstəqilliyimizin bərpasına aparan yol məhz buradan başlandı. Təsadüfi deyil ki, 17 günlük fasiləsi mitinqlər Azərbaycanda milli azadlıq hərəkatı kimi qiymətləndirilir və Vətənimizin istiqlaliyyət qazanmasında əsas amil sayılır.
1992-ci ildən 17 noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur. 17 noyabr Milli Dirçəliş Günü 2006-cı ilədək rəsmi bayram kimi qeyri-iş günü idi. Amma həmin ilin dekabrında qanunvericiliyə edilmiş müvafiq dəyişikliklərdən sonra 17 noyabr tarixi iş günü sayılır.

Etibar Ağayev

One thought on “Milli azadlıq hərəkatının başlandığı gün”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »