• Ca. İyn 13th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilir

May 16, 2024

Loading

15 may saat 11:00-dan 2024–2025-ci tədris ili üçün keçiriləcək dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verilir.

Elm və Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, müsabiqə üzrə qeydiyyat prosesi 22 may saat 11:00-dək davam edəcək.

Müsabiqədə iştirak üçün namizədlər “Digital Login” əldə etdikdən sonra www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Ətraflı məlumat üçün aşağıdakı linkə keçid etməklə müsabiqəyə dair sual-cavabla tanış ola bilərsiniz: https://miq.edu.az/faq

Bashlibel.az

Translate »