![]()
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakının mərkəzi piyada zonalarında ictimai məkanların insanların istifadəsi üçün əlçatan olması istiqamətində tədbir görülüb.
Bashlibel.az Manset.az-a istinadən xəbər verir ki, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırıldığı ərazilərdə yerləşən ictimai iaşə obyektlərinə, istirahət məkanlarına və parklanma məntəqələrinə əlçatanlığın təmin edilməsi məqsədilə ödənişsiz şatllar istifadəyə verilib.
Yeni şatllardan biri – C1 nömrəli mikroavtobus Xaqani bağı ilə Zərifə Əliyeva küçəsinin sonunu, C2 nömrəli mikroavtobus isə Sabir bağı ilə Əziz Əliyev küçəsinin sonunu əlaqələndirir.