![]()
Psixoloqlar süni intellekt əsaslı çatbotlardan, o cümlədən ChatGPT-dən istifadə edərkən, xüsusilə şəxsi və emosional mövzularda yalnız onun cavablarına güvənməməyi tövsiyə edirlər.
Bashlibel.az Moderator.az-a istinadən xəbər verir ki, bu barədə “Psychology Today” jurnalında dərc olunan məqalədə bildirilib.
Mütəxəssislərin fikrincə, ChatGPT-nin geniş populyarlıq qazanmasının əsas səbəblərindən biri onun istifadəçiləri mühakimə etməməsi, tənqid etməməsi və suallara sakit, nəzakətli şəkildə cavab verməsidir. Bu xüsusiyyət ünsiyyəti rahatlaşdırsa da, bəzi hallarda vəziyyətin obyektiv qiymətləndirilməsinə mane ola bilər.
Psixoloqlar qeyd edirlər ki, süni intellekt cavablarını yalnız istifadəçinin təqdim etdiyi məlumatlar əsasında formalaşdırır. O, hadisənin digər iştirakçılarının mövqeyini, emosiyalarını, səs tonunu və ya istifadəçinin qeyd etmədiyi detalları nəzərə ala bilmir.
Bu səbəbdən ChatGPT, tam mənzərə mövcud olmasa belə, istəmədən istifadəçinin hadisələrə dair öz baxışını daha da möhkəmləndirə bilər. Mütəxəssislər bunu süni intellektin istifadəçinin mövqeyi ilə razılaşmağa və ya cavablarını həmin mövqeyi dəstəkləyəcək formada təqdim etməyə meylli olması ilə izah edirlər.
Bashlibel.az