İşğaldan azad edilən ərazilər üzrə müxtəlif məvacibli işlərin siyahısı vətəndaşlarda böyük maraq doğurur.
Hazırda Dövlət Məşğulluq Agentliyinin rəsmi internet səhifəsində “Qarabağ” adlı platformada vətəndaşlar onlara uyğun vakansiyalarla tanış ola və müraciət edə bilərlər.
Vakansiyalar işğaldan azad edilən əksər rayonları əhatə edir və əmək haqları vakansiyalara görə dəyişir.
Adı çəkilən saytda Cəbrayıl, Zəngilan, Ağdam, Laçın, Şuşa və Xocavənd rayonları üzrə vakansiyalar mövcuddur. Vakansiyalar zaman-zaman yenilənir və yeni iş yerləri vətəndaşlara təqdim olunur.
Qeyd edək ki, işəqəbul prosesində məcburi köçkün statusu olan şəxslərə üstünlük verilir.
CV göndərərkən elektron poçtunuzda “mövzu” hissəsində müraciət etdiyiniz vakansiyanın adı qeyd edilməli, CV-lər qarabagdais@sosial.gov.az elektron poçt ünvanına göndərilməlidir.
Vakansiyaya müraciət üçün CV-niz yoxdursa, www.cvyarat.az platforması vasitəsilə ödənişsiz CV hazırlaya bilərsiniz.
Mövcud vakansiyalardan bir qismini təqdim edirik: Bashlibel.az