
Ermənistan hökuməti Qarabağdan köçmüş ermənilərə sərhəd kəndlərində mənzil almaqda dəstək təklif edib. Qaçqınlar isə məşğulluq və təhlükəsizlik problemlərinə görə sərhəd bölgələrində yaşamaq istəmədiklərini bildiriblər.
Bashlibel.az Moderator.az-a istinadən xəbər verir ki, bu haqda “Kavkazski uzel” nəşri məlumat yayıb.
“Sərhəd rayonlarının təhlükəsiz olacağına böyük şübhələr var. Artıq insanların ora getməsi ilə bağlı şikayətlər var. Məsələn, Vardenisdən(Basarkeçər- S.L.). Biz də eşitdik ki, ötən il Cermuxda baş verən təxribatdan sonra insanlar da oranı tərk edirlər. Bəs niyə Ermənistan hökuməti bizi, Qarabağ sakinlərini bundan sonra orada məskunlaşdırmaq istəyir. Yalnız sərhədlər möhkəmləndikdən və təhlükəsizlik təminatları olduqdan sonra insanları sərhədyanı ərazilərdə məskunlaşmağa dəvət etmək lazımdır”- Qarabağdan köçkün ermənilərdən biri – Elmira Melkumyan jurnalistlərə bildirib.
Qadın bütün qışı iş axtardığını, amma tapmadığını deyib. O və kiçik ailəsi qaçqınlara dəstək proqramları çərçivəsində hökumətin ödədiyi pulla kirayə haqqını ödəyə və yemək ala bilsinlər deyə, şəraiti olmayan ən ucuz evi kirayə götürməyə məcbur olurlar…
Bashlibel.az