• C. İyl 19th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

QHT sədri: Ermənistanın hazırladığı hər saxta xəritəyə qarşılıq olaraq iki xəritə hazırlayacağıq

May 16, 2024

Loading

“Ermənistan Respublikasının mineral xammal resursları” xəritəsinin hazırlanması heç bir siyasi motiv daşımır.

Bashlibel.az APA-ya istinadən xəbər verir ki, bunu “Azərbaycan Kartoqrafları” İctimai Birliyinin sədri Müqabil Bayramov “Ermənistan Respublikasının mineral xammal resursları” adlı xəritənin ictimaiyyətə təqdim edilməsi zamanı deyib.

O bildirib ki, xəritə Azərbaycan toponimləri ilə hazırlanıb: “Ermənistanın hazırladığı hər saxta xəritəyə qarşılıq olaraq biz iki xəritə hazırlayacağıq”.

Müqabil Bayramov Ermənistanın dəstəyi ilə yaradılmış milli atlasdan xəritə təqdim edərək bildirib ki, burada yaşayış məntəqələrinin hamısı ermənilər tərəfindən təhrif edilib: “Təxminən 260-a qədər yaşayış məntəqəsinin adı dəyişdirilib. Hələ mən dağ, dərə və çayları demirəm. Təkcə Kəlbəcərdə 80 adı dəyişdiriblər”.

Bashlibel.az

Translate »