• Şb. İyl 27th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

“Şəhid bulaq-xatirə kompleksi”nin açılışı oldu

Apr 25, 2023

Loading

İkinci Qarabağ müharibəsində torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Qaradağ rayon Qızıldaş qəsəbəsi A.Namazov adına 180 saylı tam orta məktəbinin məzunlarının xatirəsinə “Şəhid bulaq-xatirə kompleksi” inşa edilib. Aprelin 25-də Kompleksin açılış mərasimi keçirilib. Açılış mərasimində 180 saylı tam orta məktəbin şəhid məzunlarının ailə üzvləri, məktəbin rəhbərliyi və kollektivi, Qaradağ rayonunun deputatı Aydın Hüseynov, “Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Vüqar Həşimov iştirak edib. Tədbirdə şəhidlər haqqında xatirələr danışılıb, məktəbin məzunları olmuş 8 şəhidin qəhrəmanlıqları haqda söz açılıb. Qeyd edək ki, sözügedən məktəbin ən yüksək rütbəli şəhid məzunu Kəlbəcər rayon Başlıbel kəndindən olan polkovnik-leytenant, Ağır Artilleriya Briqadasının qərargah rəisi Zaur Hüseyn oğlu Cəfərovdur. Xatirə kompleksinin inşa edilməsində “Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyinin də rolu olub.
Bashlibel.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »