“Şuşa həbsxanasında təsərrüfat işləri aparılarkən burada insan qalıqları tapılıb. Bu qalıqların Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərə aid olduğunu ehtimal edirik”.
APA xəbər verir ki, bunu Elmlər Akademiyasının Arxeologiya, Antropologiya və Etnoqrafiya institutunun elmi katibi ve ekspedisiya rəisi Akif Quliyev deyib.
“Hazırda 3-4 insan skeleti fraqmenti görünür. Yaxın zamanda burada tədqiqat aparılacaq. Bundan sonra burada nə qədər insan qalığı olduğunu dəqiq deyə bilərik” – deyə, Akif Quliyev əlavə edib.
Orxan Aslan
Bashlibel.az