![]()
İtaliyanın baş naziri Corcio Meloni ilə münaqişə fonunda ABŞ prezidenti Donald Tramp bildirib ki, Romanın Vaşinqtona dəstəkdən imtina etməsindən sonra ABŞ İtaliyaya kömək etməyəcək.
Bashlibel.az Musavat.com-a istinadən xəbər verir ki, o, Truth Social-da təfərrüatları açıqlamadan “İtaliya bizi dəstəkləməyib və biz də onları dəstəkləməyəcəyik” yazıb.
Trampın açıqlamasına Britaniyanın “Guardian” qəzetində İtaliyanın Siciliyadakı aviabazasını İrana qarşı hərbi əməliyyatda iştirak edən ABŞ hərbi təyyarələri üçün istifadəyə verməkdən imtina etməsi ilə bağlı məqaləyə keçid əlavə edilib.
Daha əvvəl Tramp Papanı tənqid edərək, onun siyasətinə qarşı çıxan bir papaya ehtiyacı olmadığını bildirib. Trampın sözlərinə görə, “Leo Ağ Evdə olmasaydı, Vatikanda olmazdı”.
Meloni bu açıqlamaları qəbuledilməz adlandırıb və daha sonra cəmiyyətdə “dini liderlərin mütləq siyasətçilərin dediklərini etməsi” fikri ilə razılaşmadığını bildirib.
Trampın hücumlarından sonra Papa Leo onunla polemika aparmaq niyyətində olmadığını və müharibəyə qarşı ucadan danışmağa davam edəcəyini bildirib.
Bashlibel.az