• Şb. İyl 27th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

“Xankəndi ATS-i, buyurun” – Xankəndi bu zəngi 32 il gözləyib…

Okt 19, 2023

Loading

“Xankəndi şəhərinə ilk beynəlxalq telefon kodu verilib. Belə ki, respublikanın digər şəhər və rayonlarından artıq 026 22 kodunu yığmaqla Xankəndi ilə əlaqə saxlamaq mümkün olacaq. Beynəlxalq danışıqlar zamanı isə “+994 26 22X XX XX” yığım formatı tətbiq olunacaq”.

Xankəndiyə ilk zəng edənlərin zənginə Aztelekomun Xankəndiyə təyin olunmuş əməkdaşı Əli Həsənov cavab verib:

“Xankəndi ATS-i, buyurun”.

O, bu sözləri sevinc və qəhər içində söyləyir. Çünki Xankəndi bu zəngi 32 il gözləyib… 

“İlk olaraq Bakıdan Xankəndiyə “026 22X XX XX” yığım formatı ilə zəng təşkil edilib. Xocalı üçün “+994 26 205 XX XX”, Əsgəran üçün isə “+994 26 206 XX XX” nömrələri tanıdılıb və xidmət gələcəkdə Xankəndi ATS-dən göstəriləcək. Yəni, mərkəz olaraq Xankəndi seçilib. Biz kiçik komandamızla qısa zamanda bu işi icra etdik. Keçirdiyimiz hissləri sözlə ifadə etmək çətindir, bunu yaşamaq lazımdır”.

Bunu Aztelekomun Xankəndiyə təyin olunmuş əməkdaşı Əli Həsənov sevinc və qəhər içində söyləyir. O, Xankəndidə artıq ilk abonentlərinə xidmət göstərməyə başladıqlarını da vurğulayıb:

“İlk olaraq Beynəlxalq Qırmızı Xaç Komitəsinə 100 mb/s internet vermişik. Onlar da bu işin tezliklə icra olunacağına inanmırdılar. İlk məqsədimiz yeni texnologiyanı quraşdırıb istifadəyə vermək idi. Bundan sonrakı prosesdə sazlama işləri və digər məsələlər həll olunacaq”.

Bashlibel.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »