• Şb. İyl 27th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Xankəndində erməni təxribatı: toplaşıb Laçına yürüş etmək planlanır

İyl 13, 2023

Loading

Qarabağdakı qondarma rejimin təmsilçiləri yenidən aktivləşiblər. Bu gün baş terrorçu Arayik Arutyunyan oyuncaq “təhlükəsizlik şurası”nın toplantısını keçirib.

Bashlibel.az Musavat.com-a istinadən bildirir ki, axşam saatlarında qondarma rejimin oyuncaq “dövlət naziri” Qurgen Nersisyan Qarabağ ermənilərinə müraciət edib. “Artsaxda yaşamaq hüquq deyil, vəzifədir. Hamımız bir nəfər kimi milli hüquqlarımızı qorumaq üçün ümummilli dinc mübarizəyə başlayırıq”-deyən separatçı sabah (14 iyulda-M.) saat 09.00-da hamını Xankəndinin mərkəzi meydanında toplaşmağa çağırıb. Nersisyan “orada növbəti addımlarımızı birlikdə qərarlaşdıracağıq”-deyib. Ümid etdiyini bildirib ki, bu dəfə başlayan “ümumxalq hərəkatı” Ermənistan və diaspordan lazımi cavab alacaq.

“Nə qədər dözməliyik? Bütün bunları sükutla izləmək yolverilməzdir. Ümummilli hərəkata başlamaq lazımdır”-Qarabağ canisi daha sonra bu şəkildə sərsəmləyib.

Sosial mediada yayılan məlumata görə, separatçıların məqsədi Laçın dəhlizinə doğru yürüş etməkdir.

Bashlibel.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »