Ukrayna Prezidenti Volodimir Zelenski, Kiyevin nəzarətində olan ərazilərin NATO çətiri altına alınması şərti ilə münaqişənin qaynar fazasını dayandırmağa hazır olduqlarını bəyan edib.
Bashlibel.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə o, “Sky News” kanalına verdiyi müsahibəsində danışıb.
Zelenski, Ukraynanın NATO üzvü olması üçün öz nəzarətində olan əraziləri birləşdirməyin vacibliyini vurğulayıb: “Müharibənin qaynar fazasını dayandırmaq istəyiriksə, nəzarətimizdə olan ərazini NATO çətiri altına almalıyıq. Bu, tez bir zamanda etməli olduğumuz bir nüansdır”.
Prezidentin sözlərinə görə, NATO üzvlüyü münaqişənin səngiməsi üçün ən uyğun həll yoludur.
Bundan sonra isə Zelenski, münaqişə bölgəsində diplomatik danışıqlar apararaq işğal altında olan ərazilərin qaytarılması üzərində işləmək niyyətində olduğunu bildirib. O qeyd edib ki, əvvəlki dövrlərdə belə bir təklifin yalnız rəsmi şəkildə irəli sürülmədiyi üçün bu məsələni nəzərdən keçirməyiblər.
Zelenskinin bu bəyanatı, Ukraynada geniş müzakirələrə səbəb olub. “Strana” nəşri, bu ifadələrin Ukrayna Prezidenti tərəfindən 2022-ci ilin fevralından bəri işğal edilən əraziləri geri qaytarmadan münaqişəni dayandırmağa hazır olduğu ilə bağlı ilk açıq bəyanat olduğunu vurğulayıb.
Bashlibel.az