• Şb. İyl 27th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Ərdoğan Nobel mükafatına namizəd irəli sürüldü

Fev 1, 2023

Loading

Macarıstan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Nobel mükafatına namizədliyini irəli sürüb. Bashlibel.az xəbər verir ki, bu barədə Macarıstan xarici işlər naziri Peter Siyarto bildirib. Bu təklifin verilməsinə səbəb kimi Türkiyə liderinin Ukraynada sülhə nail olmaq üçün atdığı addımlar göstərilib. Nəzərə çatdıraq ki, Türk və İslam coğrafiyasında Ərdoğanın böyük nüfuzu var və o, faktiki olaraq Türk dünyasının ağsaqqalı statusundadır. Onun Turan ideyası, habelə türk dövlətlərinin birliyi, əməkdaşlığının sıxlaşması yönündə gördüyü işlər çox böyükdür. Eyni zamanda dünyadakı konfliktlərin çözülməsi, barış yaranması üçün də hakimiyyətdə olduğu illərdə ciddi addımlar atıb, töhfələr verib. O, Nobel mükafatına haqq edən bir liderdir. Ancaq təəssüflər olsun ki, Türk və islam dünyasının inkişafından narahat olan bəzi Qərb və Avropa dairələri Ərdoğanın hətta qarşıdakı seçkilərdə iqtidardan getməsi üçün ağlasığmaz variantları, təxribatları belə nəzərdən keçirir, anonslarını verirlər. Bu baxımdan onların Ərdoğanın Nobel mükafatını almasına qarşı da çalışacaqları şübhəsizdir.
Bashlibel.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »