Başlıbel ictimaiyyəti üçün yaxın və əziz olan şəxslərdən biri, 1993-cu il işğal zamanı 113 gün Başlıbel sakinləri ilə birlikdə mühasirə həyatı yaşamış əsgər, Qax rayon sakini Fizuli Muradov dünyasını dəyişib. Fizuli Muradov mühasirə günlərində Başlıbel sakinlərinin müdafiəsində iştirak etmiş şəxslərdən olub. Şəhidlərimiz qəlbimizdə əbədi yaşadığı kimi, 113 gün mühasirədə qalaraq həyat mücadiləsi aparan insanlarımızdan olan Fizuli Muradov da heç zaman yaddan çıxmayacaqlar. Allah rəhmət eləsin. Başlıbelin İnkişafına Dəstək İctimai Birliyi mərhumun doğmalarına baş sağlığı verir, səbr diləyir.
Bashlibel.az
Allah rəhmət eləsin. Məkanı cənnət olsun