• Şb. İyl 27th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

30 il əvvəl itkin düşən Əli Hüseynovun qalıqları Füzulidə dəfn olunub – FOTO – YENİLƏNİB

Sen 11, 2023

Loading

APA-nın Qarabağ bürosu xəbər verir ki, şəhid Əli Hüseynovun qalıqları Füzuli rayonunun Yağlıvənd kənd qəbiristanlığında, ata-anasının məzarlarının yanında torpağa tapşırılıb.

Birinci Qarabağ müharibəsi zamanı döyüşlərdə itkin düşmüş hərbçi Hüseynov Əli Heydər oğlunun qalıqları Füzuli rayonunun Aşağı Yağlıvənd kəndinə gətirilib.

Bashlibel.az APA-ya istinadən xəbər verir ki, Əli Hüseynov Füzuli rayonunun Yağlıvənd kəndində anadan olub. 6 avqust 1993-cü ildə itkin düşüb. Şəhidin meyitinin qalıqları Xocavənd rayonunun Edilli kəndində kütləvi məzarlıqda tapılıb. Qalıqlar bu gün dəfn olunmaq üçün anadan olduğu Aşağı Yağlıvənd kəndinə gətirilib. Şəhidin qalıqları ata-anasının məzarlarının yanında torpağa tapşırılır.

Şəhidin yaxınları bildirib ki, Əli Hüseynov I Qarabağ müharibəsi başlayan ilk gündən torpaqlarımızın müdafiəsi üçün döyüşlərə qatılıb. İtkin düşdüyü gündən ata-anası onun yolunu gözləyib və hər ikisi oğul həsrəti ilə dünyasını dəyişib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »