5 oktyabr- Beynəlxalq Müəllimlər Günüdür.
Başlıbel kənd müəllimləri!
Bu şəkildə görünənlərin əksəriyyəti haqq dünyasına qovuşub! Bir çoxları isə ömrün qürub çağını yaşamaqdadır! Amma onların getdiyi şərəfli yol, çəkdikləri zəhmət böyük bir cəmiyyətin, ziyalı və vətənpərvər bir elin uğurları və nailiyyətləri qədər əzəmətli və ucadır! O el ki, onun şagirdindən tutmuş aliminə qədər, qəhrəmanından tutmuş şəhidinə qədər hər birinin yetişməsində onların əməyi var!
Allahdan dünyasını dəyişən müəllimlərimizə rəhmət diləyirəm!
Bu gün şərəfli müəllim ömrünü yaşayan Əhəd müəllimi, Əzimov Mamed müəllimi, Musa müəllimi, Heydər müəllimi, Şahbəndəyev Hüseyn müəllimi, Əkbər müəllimi, Əhliman müəllimi, Nicat müəllimi… və onların timsalında onların yolunu davam etdirən bütün zəhmətkeş müəllim heyətini təbrik edir, onlara dəyərli ömür, can sağlığı və müvəffəqiyyətlər arzu edirəm!