Bu gün 8 noyabr Zəfər Günüdür. Azərbaycan xalqı Zəfər Gününü qeyd edir. 44 günlük müharibədə Ordumuzun, dövlətimizin qələbəsi Azərbaycanın tarixinə 8 noyabr Zəfər Günü kimi böyük bir gün yazdı. Bu gün Azərbaycan xalqı zəfərinin üçüncü ildönümünü bayram edir. Budəfəki Zəfər Günü həm də onunla xüsusi əlmatdardır ki, bu gün Azərbaycan silahlı qüvvələrinin azad Xankəndi şəhərində Paradı keçirilir.
Şəhidlərimizin canı, qazilərimiz və ordumuzun sücaəti hesabına 8 noyabrda Şuşaşnın azad edilməsi 10 noyabr 2020-ci ildə Ermənistanın məğlubiyyətini qəbul etməsi və üçtərəfli Bəyanatın imzalanması ilə nətiəcləndi. Beləliklə, torpaqlarımızın Ermənistan tərəfindən uzun illər davam edən işğalına son qoyuldu-44 günlük müharibə Azərbaycanın qələbəsi ilə bitdi.
Bu zəfər sözsüz ki, həm də Azərbaycan xalqının birliyi, siyasi həmrəyliyi, müzəffər Ali Baş Komandan İlham Əliyev ətrafında müqəddəs amal naminə sıx birləşməsi nəticəsində mümkün oldu. Vətən Müharibəsi zamanı bütün dünya bunu gördü, birliyimizin sarsılmazlığına əmin oldu.
Şübhəsiz, həmrəylik Azərbaycan xalqının böyük sərvəti və dəyəridir. Bunun qədrini hamılıqla yaxşı bilməliyik. Artıq buna da şübhə yox ki, Azərbaycan xalqı tarixdə qalib xalq kimi anılacaq.
44 günlük müharibədən sonra keçirilən lokal hərbi əməliyyatlar, nəhayət, 19-20 sentyabrda bir günlük antiterror tədbirləri ilə ərazimizdə erməni separatizminin kökü birdəfəlik kəsilmiş oldu. Separatçıların işğalındakı ərazilərimiz tam qaytarıldı. Artıq münaqişə başa çatıb. Azərbaycan öz suverenliyini bütün ərazilərində bərqərar edib.
Qələbədən keçən üç il ərzində bir çox prosseslər baş verib. İşğaldan azad olunmuş ərazilərdə təmir-bərpa, quruculuq işlərinə start verilib. Dağıdılmış, viran qoyulmuş şəhər və kəndlərimiz demək olar ki, sıfırdan yenidən tikilir. Olduqca iri həcmli layihələrin həyata keçirilməsi üçün müvafiq addımlar atılıb, “Böyük qayıdış Proqramı”nın icrasına başlanılıb.
Bununla yanaşı üç il ərzində suverenliyin bərpası istiqamətində də çox mühüm addımlar atılıb. Laçın sərhəd-kömrük məntəqəsinin qurulması ilə başlayan və bu ilin sentyabr ayında həyata keçirilmiş antiterror tədbirləri ilə başa çatan fəaliyyət nəticəsində bu gün ölkəmizin hər yerində müqəddəs bayrağımız dalğalanır. Artıq ərazilərimizdə nə erməni hərbi birləşmələri, nə də xunta rejimi deyilən hər hansı bir qurum yoxdur.
Etibar Seyidağa
Bashlibel.az