![]()
20–21 sentyabr tarixlərində Mingəçevir şəhərində keçirilən Beynəlxalq “Olympic Hopes” (Olimpiya Ümidləri) Karate Turnirində balaca idmançı böyük uğura imza atıb. Kəlbəcərli idmançı Xəlilzadə Asya Elvin qızı 8 yaşlılar arasında 25 kq çəki dərəcəsində yarışaraq üç rəqibi ilə döyüşüb və hamısını məğlub edərək birinci yerin qalibi olub.
Asya öz yaş və çəkisinə görə daha böyük uşaqlarla mübarizə aparmasına baxmayaraq, əzmkarlığı və peşəkarlığı ilə seçilib. Onun bu qələbəsi həm valideynləri, həm də məşqçiləri üçün böyük sevinc və qürur mənbəyinə çevrilib.
Turnirdə qalib gələn Asya Xəlilzadə diplom və qızıl medalla təltif olunub. Bu uğur həm onun gələcək karyerası üçün möhkəm təməl, həm də digər həmyaşıdlarına stimul olacaq.

Bashlibel.az
Bashlibel.az