• Şb. İyl 27th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Azad edilən ərazilərdə 10 televiziya, 7 radioproqramın yayımı həyata keçirilir

Noy 20, 2023

Loading

İşğaldan azad edilən ərazilərdə bərpa edilən radio-televiziya yayım stansiyaları vasitəsilə 10 televiziya və 7 radioproqramın yayımı həyata keçirilir. Mobil telekommunikasiya xidmətlərinin təşkili üçün, antiterror əməliyyatları nəticəsində azad edilən ərazilər də daxil olmaqla, 330 ədəd baza stansiyası quraşdırılıb. Şuşa, Laçın, Füzuli, Zəngilan və digər ərazilərdə telefon və yüksəksürətli internet xidmətləri göstərilir.

APA-Economics” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, İşçi Qrupunun rəhbəri Rəhman Hümmətov Şuşa şəhərində Azərbaycan Respublikasının işğaldan azad edilən ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılan Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi Qrupunun növbəti iclasında çıxışı zamanı deyib.

O bildirib ki, Şuşa, Laçın, Füzuli, Zəngilan və digər ərazilərdə telefon və yüksəksürətli internet xidmətləri göstərilir.

Nazir müavini, həmçinin qeyd edib ki, hazırda Şuşada yeni texnologiyalar əsasında telefon və sürətli internet xidmətləri verilir. Onun sözlərinə görə, tikinti və bərpası icra edilən ictimai əhəmiyyətli binaların telekommunikasiya xidmətləri ilə təmin edilməsi üçün layihələndirmə işləri aparılır, müxtəlif istiqamətlər üzrə magistral və abunəçi fiber-optik xətlər çəkilir.

Bashlibel.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »