İyunun 29-da Başlıbelin İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Kəlbəcər rayonunun Bəylik kəndindən Başlıbel kəndinə qədər olan 12 kilometrlik yolun dağılan, çökmüş hissələrində qismən bərpa işləri həyata keçirilib. Bashlibel.az saytına daxil olan məlumata görə, kəndin ərazisində heyvandarlıq təsərrüffatları və arıçılıqla məşğul olan şəxslər, eləcə də Başlıbel qətliamının qurbanlarının məzarlarını ziyarətə gedən şəxslər tərəfindən Birliyə müraciət daxil olub. Birliyin İdarə Heyəti məsələni müzakirə edib və problemin mümkün qədər yoluna qoyulması qərarı qoyulub. Yolun sel dağıdan hissələri qismən bərpa edilib, yağış sularının yaratdığı çuxurlar doldurulub.
Bashlibel.az
Allah köməyiniz olsun