Respublika Perinatal Mərkəzində baş verən yanğın elektrik mənşəlidir.
Bashlibel.az APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Baş prokuror Kamran Əliyev deyib.
Baş prokuror bildirib ki, ekspertizanın rəyindən sonra körpələrin ölüm səbəblərinin yanıq mənşəli, yoxsa boğulma nəticəsində olduğu bəlli olacaq:
“Cənab Prezident və Birinci vitse-prezidentin tapşırığı ilə hadisə yerindəyik. Bu iş ölkə rəhbərliyinin nəzarətindədir. Faktla bağlı aidiyyəti maddələrlə cinayət işi başlanıb”, – Kamran Əliyev vurğulayıb.