Bu gün Başlıbel kəndindən olan Bəhmən Süleymanovun Kəlbəcər rayonunun azad olunması uğrunda döyüşlərdə itkin düşməsindən 30 il keçir. Süleymanov Bəhmən Ələkbər oğlu 1963-cü ilin dekabrında Kəlbəcər rayonunun Başlıbel kəndində anadan olub. Sovet ordusu sıralarında xidmət edib. Xabarovsk Politexnik İnstitutunun inşaat mühəndisliyi fakültəsində təhsil alıb. Həmin institutun xətti ilə 3 ay əlavə hərbi xidmət kursu keçərək leytenant rütbəsi alıb. Doğma torpaqlarımıza erməni hücumları şiddətlənəndə vətənin müdafiəsinə qalxıb. Milli ordu sıralarına qoşulub, zabit kimi 701 saylı hərbi hissənin tərkibində onlarla qanlı döyüşdə iştirak edib. Kəlbəcər rayonunun işğaldan azad olunması üçün 1994-cü ilin fevralında həyata keçirilən ikinci “Murov əməliyyatı”nda iştirak edib. 1994-cü il fevralın 8-də Kəlbəcər rayonunun Bağırlı və Bağırsaq kəndləri istiqamətində gedən döyüşlərdə itgin düşüb. Subay idi. Taleyindən bu günə qədər xəbər yoxdur. Bəhmən Süleymanov Başlıbel kəndindən yeganə itgin düşmüş hərbçidir.
Bashlibel.az
Allah rəhmət etsin
Allah bütün şəhidlərimizə rəhmət eləsin