Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib.
Komitədən APA-ya verilən xəbərə görə, iclasda bildirilib ki, Böyük Qayıdış çərçivəsində indiyədək 3188 nəfər doğma yurdlarına köçürülüb.
Kollegiya iclasında işğaldan azad edilmiş ərazilərə keçmiş məcburi köçkünlərin repatriasiya prosesinin təşkili istiqamətində həyata keçirilən tədbirlər, keçmiş məcburi köçkünlərə göstərilən kommunal xidmətlərin vəziyyəti, payız-qış mövsümünə hazırlıq, siyahıların dəqiqləşdirilməsi, vahid aylıq müavinətin verilməsi ilə bağlı görülən işlər, Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərə köçürüləcək keçmiş məcburi köçkünlər arasında məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin aparılması, əhalinin yeni yaşayış şəraitinə adaptasiya olunması üçün reinteqrasiya tədbirlərinin təşkili istiqamətində aparılan işlər, Mənzil istismar departamentinin balansında olan qəsəbələrdə qış mövsümünə hazırlıqla əlaqədar görülən işlər və digər məsələlər barədə struktur bölmələrin rəhbərlərinin məruzələri dinlənilib, müzakirələr aparılıb.
Kollegiyada müzakirə olunan məsələlər üzrə müvafiq qərarlar qəbul olunub və tapşırıqlar verilib.