• Bz. May 26th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Fermerlərin uşaqlarının Kəlbəcərə gedişinə icazə veriləcək?

Apr 28, 2024

Loading

Tanınmış vəkil Əziz Qənbərli Kəlbəcərə bu il aparılacaq fermer təsərrüfatlarının rəhbərlərinin və işçilərinin 18 yaşdan aşağı ailə üzvlərinin rayon ərazisinə gedişinə icazə verilməsi üçün müvafiq hökumət qurumlarına müraciət edib.

Bu barədə Əziz Qənbərli bildirib ki, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri cənab Məcnun müəllimin qəbulunda olub. Qəbul zamanı qaldırdığı əsas məsələlərdən biri də fermerlərin övladlarının onlarla birlikdə yaylağa köç etməsinə yaradılmış maneə ilə bağlı olub: “Bununla bağlı cənab nazirlə ortaq fikrimiz ondan ibarətdir ki, hər bir vətəndaşın təhlükəsizliyi, xüsusi ilə uşaqların təhlükəsizliyi çox önəmlidir. Mən də fermerlərimizdən xahiş edirəm ki, bu məsələnin necə bir həssas məsələ olduğunu anlayışla qarşılasınlar. Yəni bu məsələdə elə bir qərar qəbul edilməlidir ki, dövlətimizin qurumları səhəri haqsız ittihamlarla qarşılaşmasın. Dövlət də bizimdir, onun qurumu da, uşaqlarımız da”.

Vəkilin verdiyi məlumata görə, qəbulda Böyük Qayıdış proqramının uğurla icra edildiyini, artıq 2024-cü ilin yanvar ayının 30-a olan məlumata əsasən işğaldan azad edilmiş ərazilərə 1360 ailə, 5354 nəfər köçürüldüyünü nazirin diqqətinə çatdırıb və həmin ailələrin özləri ilə uşaqlarını da apardığını qeyd edib: “Bu mina təhlükəsi bəlkə də 100 illər bizimlə birgə yaşayacaq. Heç kim zəmanət verə bilməz ki, həmin ərazidə yaşayan uşaq yaşadığı bölgədən 500 metr aralaşanda Allah eləməsin, başına hansı hadisə gələcək. Uşaqları valideynləri qorumağa borcludurlar. Ona görə də bu məsələ ilə bağlı fermerlərə və onların köməkçilərinə yaradılmış bu əngəlin aradan qaldırılması üçün digər dövlət qurumlarının, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin, Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət  Komitəsinin koordinasiyalı şəkildə işləyib bu məsələnin həllinə nail olacağına ümid edirik. Bu məsələ ilə bağlı cənab nazir konkret söz vermədi, ancaq məsələni gündəmdə saxlayacağını və imkan daxilində köməklik edəcəyinə bildirdi”.

Etibar Seyidağa,
Bashlibel.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »