Gələn ildən işğaldan azad edilmiş ərazilərə qayıdış prosesi intensivləşəcək.
Bashlibel.az APA-ya istinadən xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
“Artıq 3 mindən çox məcburi köçkün soydaşımız öz doğma torpaqlarına qayıdıb. Bu proses 2026-cı ilə qədər qoyulmuş qrafik üzrə həyata keçirilir. Prosesin sürəti daha da intensivləşəcək. Ümumi götürdükdə 2026-cı ilin sonuna qədər 34 500 ailədən 16 min ailənin köçürülməsi nəzərdə tutulur”, – o bildirib.