• Şb. İyl 27th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Hulusi Akardan Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA: “Tez bir zamanda…”

Yan 29, 2024

Loading

Türkiyə Böyük Millət Məclisinin deputatı, parlamentin Milli müdafiə komissiyasının sədri, Türkiyənin sabiq milli müdafiə naziri Hulusi Akar Zəngəzur dəhlizinin tez bir zamanda açılacağına inandığını deyib.

O bildirib ki, Zəngəzur dəhlizi təkcə Türkiyə üçün deyil, bütün bölgə üçün çox önəmlidir: “Bir sözlə, Azərbaycan, Ermənistan, Türkiyə, İran və həmçinin Rusiya üçün də önəmlidir. Çünki bu dəhlizdən bütün ölkələr istifadə edəcəklər. Bu dəhlizdən istifadə sosial-iqtisadi, turizm baxımından ciddi inkişafa gətirib çıxaracaq. Eyni zamanda kommunikasiya, gediş-gəlişin təmin edilməsi baxımından faydalı olacaq”.

H.Akar vurğulayıb ki, bu baxımdan Türkiyə olaraq tərəflərin razılaşması ilə işlərin tamamlanmasını gözləyirik və bunun gerçəkləşəcəyinə inanırıq.

Bashlibel.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »