• Ç. Apr 17th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Lavrov Ermənistanın danışıqlara razılıq vermədiyini bəyan etdi

Fev 28, 2023

Loading


“Azərbaycan tərəfi üçtərəfli görüşə hazırdır, Ermənistan isə yekun razılıq verməyib». Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla Bakıda danışıqlarının yekunları ilə bağlı birgə mətbuat konfransında bildirib. Lavrov qeyd edib ki, biz dəfələrlə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə görüşmək üçün meydança təqdim etmişik. O cümlədən, ötən ilin dekabrında razılıq vardı ki, həmkarlarımızın Rusiya ərazisində növbəti görüşünü keçirək. “Ceyhun Bayramov hadisələrin sonrakı inkişafını xatırlatdı. Erməni həmkarlarımız bu tədbirdə iştirak edə bilməyəcəklərini bildirdilər. Biz belə görüşü keçirməyə hazır olduğumuzu təsdiqlədik. Azərbaycan tərəfi də buna hazır olduğunu bildirib. Ermənistan tərəfi də buna etiraz eləmədiyini deyib, lakin hələlik yekun razılığı verməyib. Düşünmürəm ki, biz öz xidmətlərimizi təklif etməkdə təkid edəcəyik. Lakin bu təkliflər hər iki tərəfə yaxşı məlumdur”, deyə Rusiya XİN başçısı qeyd edib.
Bashlibel.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »