Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov və səhiyyə naziri Teymur Musayev Kliniki Tibbi Mərkəzdə yerləşdirilən xəstələrə baş çəkiblər.
Bashlibel.az APA-ya istinadən xəbər verir ki, onlar Perinatal Mərkəzdə yanğından zərər çəkmiş xəstələrin vəziyyəti ilə yerində tanış olub, lazım olan köməkliyin göstərilməsi barədə tapşırıq veriblər.