“Mən həmişə fəxr etmişəm , bu gün də fəxr edirəm ki,mən azərbaycanlıyam!”
Heydər Əliyev.
Bu sözlər dahi şəxsiyyət, Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycan xalqını öz canı qədər sevdiyini sübut edən yüzlərlə kəlamlarından biridir. Heydər Əliyev bütün ömrünü Azərbaycan xalqının rifahının yüksəldilməsinə həsr etmişdir. Ötən əsrin sonlarında xalqımızın başına gətirilən faciələrə biganə qala bilməyən H.Əliyev xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gələndən sonra ilk növbədə cəbhədəki uğursuzluqların qarşısı qətiyyətlə alındı və Füzuli istiqamətində gedən döyüşlərdə Horadiz qəsəbəsi düşməndən tamamilə azad edildi. Düşmən Azərbaycan ordusunun uğurlu əməliyyatından təşvişə düşərək 1994-cü ilin mayında atəşkəs müqaviləsi bağlamağa məcbur oldu. Atəşkəs dövründən səmərəli istifadə edən dahi şəxsiyyət Heydər Əliyev ölkəmizdə sabitliyin bərqərar olmasını beynəlxalq aləmdə sübut etdi. Beləliklə,1994-cü il sentyabrın 20-də Əsrin Müqaviləsi imzalandı. Bunun nəticəsində Azərbaycan özünün sürətli inkişaf dövrünə qədəm qoydu və nəhayət,otuz illik işğaldan sonra Heydər Əliyev siyasətinin uğurlu davamçısı ,Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və şanlı Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan qırx dörd günlük Vətən Müharibəsi nəticəsində torpaqlarımız düşmənlərdən tamamilə azad edildi. Artıq uzun illərdən bəri ilk dəfədir ki, ölkəmizin vətəndaşları Ümummilli Liderimiz Heydər Əliyevin xatirəsini sərhədlərimizin bütövlüyü şəraitində yad edirlər.
Ölkəmizin bütün sakinləri kimi Başlıbelin İnkişafına Dəstək İctimai Birliyinin üzvləri də bu gün Ümummilli Liderimiz Heydər Əliyevin xatirəsini yad etmək üçün onun Bərdə şəhərindəki abidəsini ziyarət etmiş və dahi şəxsiyyətin abidəsi önünə çiçəklər qoymuşlar. Başlıbelin İnkişafına Dəstək İctimai Birliyinin təftiş komissiyasının sədri Yusif Salahov çıxış edərək 19 sentyabrda keçirilən 23 saatlıq antiterror əməliyyatı nəticəsində erməni silahlı birləşmələrinin tarixi Azərbaycan torpaqlarından qovulması nəticəsində ilk dəfə dahi şəxsiyyət, Ümummilli Liderimiz Heydər Əliyevin xatirəsini ərazi bütövlüyümüzün təmin olunması şəraitində yad edilməsini xüsusilə qeyd etdi . Tədbir iştirakşıları şəhidlərimizin xatirəsini də ehtiramla yad etdilər.
Oqtay Salahlı.