• Şb. İyl 27th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

MSK sədri: İşğal dövründə məcburi köçkünlərin səs verməsi ilə bağlı problem beynəlxalq təşkilatlar tərəfindən vurğulanmayıb

Dek 23, 2023

Loading

“İşğal dövründə məcburi köçkünlərin səs verməsi ilə bağlı problem bir beynəlxalq təşkilat tərəfindən vurğulanmayıb.

Bashlibel.az APA-ya istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, onlara hər zaman bu problem deyilib: “İşğal altında olan ərazilərin vətəndaşlarının səsvermə prosesinin çətinliyi barədə biz beynəlxalq təşkilatlara məlumat verirdik. Amma onlar bir dəfə də olsun bunu qeyd etməyiblər. Onlar əvvəllər bizdən problemimiz barədə soruşurdular, amma biz hər dəfə məcburi köçkünlərlə bağlı problemi deyirdik deyə artıq bunu soruşmamağa başladılar”.

MSK sədri bildirib ki, növbədənkənar president seçkilərində ilk dəfə azad olunmuş ərazilərdə səs verəcək vətəndaşlara göndəriləcək bildirişdə əlavə bəndin qeyd edilməsyi qanunvericiliyin tələbinə uyğundur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »