![]()
“Ermənistan Azərbaycan və Türkiyə ilə dövlətlərarası münasibətlərin qurulması yolunu tutub, çünki münaqişə şəraitində suverenlik və müstəqilliyin təmin edilməsi mümkün deyil”.
Bashlibel.az Musavat.com-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “ŞƏT plyus” formatında keçirilən görüşdə çıxışı zamanı bildirib.
Paşinyan hazırda ölkəsinin İran və Gürcüstanla münasibətləri inkişaf etdirməyə, digər iki qonşu – Türkiyə və Azərbaycanla isə dövlətlərarası münasibətləri qurmağa çalışdığını qeyd edib:
“Bu proses ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə sülhün bərqərar olmasından sonra daha əməli xarakter alıb”.
Baş nazirin sözlərinə görə, Ermənistan balanslaşdırılmış siyasət yürütməyə çalışır: “Əgər hər hansı geosiyasi güc mərkəzinin cazibəsi ölkənin müstəqilliyini məhv edə biləcək dərəcədə güclənərsə, İrəvan balansın qorunması, suverenlik və müstəqilliyin təmin edilməsi üçün digər qütblə əlaqəni aktivləşdirir”.
Bashlibel.az