![]()
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Məmmədov Azər Elman oğlu dövlət qulluğunda səmərəli fəaliyyətinə və xidmətlərinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir.
“Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyi olaraq hörmətli Azər müəllimi bu yüksək dövlət mükafatına layiq görülməsi münasibətilə ürəkdən təbrik edirik.
Bu ali təltif Azər müəllimin uzun illər ərzində dövlət qulluğunda göstərdiyi peşəkar fəaliyyətin, məsuliyyətli əməyin, dövlətçiliyə sədaqətin və xalqa xidmətin yüksək qiymətləndirilməsinin bariz nümunəsidir. Dövlətimizin etimadını qazanaraq belə nüfuzlu mükafata layiq görülmək böyük şərəf və məsuliyyətdir.
İnanırıq ki, Azər müəllim bundan sonra da öz bilik və təcrübəsi ilə ölkəmizin inkişafına töhfə verməyə, dövlətçiliyə sədaqətlə xidmət etməyə davam edəcəkdir.
Hörmətli Azər müəllim, Sizi bir daha bu əlamətdar hadisə münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, ailə səadəti, yeni nailiyyətlər və gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq.
“Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyi
Bashlibel.az