• Şb. Apr 27th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Prezidentin köməkçisi: Seçki prosesinin daha şəffaf keçirilməsi ilə bağlı ciddi tapşırıqlar verilib

Dek 20, 2023

Loading

Bu gün Azərbaycanın seçki qanunvericiliyi öz demokratikliyinə görə dünyanın ən aparıcı ölkələrinin qanunvericiliyindən geri qalmır.

Bashlibel.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Ərazi-təşkilati məsələlər şöbəsinin müdiri Zeynal Nağdəliyev Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

O bildirib ki, seçkilərin keçirilməsi istiqamətində hər mərhələdə daha irəli getmişik: “Seçki prosesinin daha şəffaf keçirilməsi, heç bir qanun pozuntularına yol verilməməsi ilə bağlı ciddi tapşırıqlar verilib. Seçkilərin uğurlu nəticələrini mümkün etmiş ən başlıca şərt İlham Əliyevin siyasi iradəsi, bütün dünyada siyasi nüfuzu və xalqla sıx birliyi olub. Cənab Prezidentin möhkəm iradəsi sayəsində ölkəmizin bütün ərazisində suverenliyimiz bərpa edilib. Azad edilmiş ərazilərdə böyük bərpa işləri aparılır. Bütün dünya azad edilmiş ərazilərə Böyük Qayıdış prosesini heyranlıqla izləyir. Artıq o ərazilərə 4395 nəfər köçürülüb. Eyni zamanda 20 mindən çox insan azad edilmiş ərazilərdə abadlıq işlərinə cəlb edilib. Azərbaycan müstəqillik əldə edəndən sonra bu ərazilərdə ilk dəfə seçkilər keçiriləcək”.

Bashlibel.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »