• Ça. May 21st, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

“Qarabağdakı ermənilərin 3 yolu var” – General

Sen 24, 2023

Loading

Separatçılar ağ bayraq qaldırıb təslim olandan sonra indi ermənilərin qarşısında üç seçim var: birincisi, cənab İlham Əliyevin uzatdığı sülh əlini tutmaq, Azərbaycan vətəndaşı olub terrorizmdən imtina etmək; ikincisi tabe olmaq istəməyən qana susamış ermənilərə dəstək verib yenə Dəmir Yumruq yemək və terrorçularla birlikdə uçuruma sürüklənmək; üçüncüsü isə Azərbaycan ərazisini tərk etmək.

Bashlibel.az Musavat.com-a istinadən bildirir ki, bu sözləri Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.

General tabe olmayan erməni silahlı dəstələrin məhv ediləcəyini vurğulayıb:

“Yevlax görüşündən sonra bəzi silahlı qrupların döyüşməyə davam edəcəyi, tabe olmayacağı haqqında xəbərlər eşitdik. Ceyhun Bayramovun da BMT TŞ-nin iclasında və Baş Assambleyada ifadə etdiyi kimi, Azərbaycanın beynəlxalq hüquqa görə öz ərazisini, suverenliyini, vətəndaşlarını qorumaq üçün siyasi və hərbi yollardan istifadə haqqı var. Yevlax prosesi illərlə davam edəcək danışıqlar mərhələsi deyil və bizim artıq oturub gözləməyə nə səbrimiz, nə də vaxtımız var. Azərbaycan dövlətinin Qarabağda ölkə qanunları içərisində yaşamaq istəyən ermənilərlə bağlı konkret reinteqrasiya planları hazırdır. Erməni ordusunun tabe olmaq istəməyən, döyüşməyə davam edən qalıqları isə birmənalı şəkildə məhv ediləcək. Şanlı Azərbaycan bayrağı Xankəndidə, Xocalıda və ətrafındakı ərazilərdə mütləq dalğalanacaq, vəssalam. Bunun başqa alternativi, yolu yoxdur. Türkiyə də bu haqlı mübarizəsində hər zaman öz qardaşının yanında olacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »