• Be. Apr 15th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Rusiya XİN: “Azərbaycan Cənubi Qafqazda və Xəzər regionunda mühüm tərəfdaş və müttəfiqimizdir”

Fev 27, 2023

Loading

“Azərbaycan Rusiyanın Cənubi Qafqazda və Xəzər regionunda mühüm tərəfdaşı və müttəfiqidir”.

Bashlibel.az-ın Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana rəsmi səfəri ilə bağlı yaydığı məlumatda deyilir:

“Ölkələrimiz arasında münasibətlər çoxillik dostluq və mehriban qonşuluq ənənələri ruhunda dinamik şəkildə inkişaf edir. Gündəlik birgə iş bərabərlik, qarşılıqlı hörmət və bir-birinin maraqlarının nəzərə alınması prinsipləri əsasında qurulur”.

XİN-in bəyanatında bildirilib ki, Rusiyanın xarici siyasət prioritetlərindən biri 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il, həmçinin 31 oktyabr 2022-ci il tarixli üçtərəfli bəyanatlara uyğun olaraq, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına kömək etməkdir: “Biz onların həyata keçirilməsini Cənubi Qafqazda sülhün və sabitliyin təmin edilməsi, Bakı ilə İrəvan arasında etimadın və tam hüquqlu əməkdaşlığın bərpası üçün əsas şərt hesab edirik”.

“Rusiyanın səylərinin ən mühüm istiqaməti regionda nəqliyyat kommunikasiyalarının açılmasıdır. Azərbaycanlı və erməni tərəfdaşlarla birlikdə Baş nazir müavinlərinin həmsədrlik etdiyi Üçtərəfli İşçi Qrupu çərçivəsində biz dəmir yolu və avtomobil kommunikasiyalarının qurulmasına imkan verəcək və iqtisadi əlaqələrin bərpasını stimullaşdıracaq konkret infrastruktur layihələri paketinin razılaşdırılması üzərində işləyirik.

Biz Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın işinin davam etdirilməsinin tərəfdarıyıq. Delimitasiya prosesinin başlanılması Azərbaycan və Ermənistan arasında sərhədyanı ərazilərdə insidentlərin dayandırılmasına töhfə vermək məqsədi daşıyır. Rusiya tərəflərin müraciəti əsasında lazımi məsləhətçi yardımı göstərəcək”, – məlumatda vurğulanıb.

Qeyd olunub ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanması münasibətlərin əsas prinsiplərinin möhkəmləndirilməsi, uzunmüddətli perspektivdə qarşılıqlı faydalı əməkdaşlığın əsaslarının qoyulması məqsədi daşıyır: “Rusiya Cənubi Qafqazda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi naminə bu çətin, lakin son dərəcə vacib prosesə hər cür kömək edəcək”.

Bashlibel.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »