• Şb. İyl 27th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

SON DƏQİQƏ: Azərbaycanda bu şəxslərin maaşları artırıldı – RƏSMİ

Yan 26, 2024

Loading

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri yeni redaksiyada təsdiq edilib.

Bashlibel.az Musavat.com-a istinadən xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Hərbi qulluqçuların aylıq vəzifə (tarif) maaşlarının məbləğləri məxfi olduğundan açıqlanmır.

Maliyyə Nazirliyinə tapşırılır ki, bu Qərarın icrası ilə əlaqədar tələb olunan əlavə vəsaitin maliyyələşdirilməsini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirsin.

Qərar 2024-cü il yanvarın 1-dən tətbiq edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »