…Bir Arazla yüz illər
İki yerə bölünən.
Çalın-çarpaz milyon dağ
Sinəsinə çəkilən.
Təbrizə, Ərdəbilə
görmədiyim evimə
Tələsir ayaqlarım.
Rusun əlilə bizdən
Erməniyə pay olan.
İblislər diyarında
Bu həsrətdən qovurulan.
Göyçəmə, Zəngəzura,
Təməlin babam qoyan
İrəvan əsil adı
İndi Yerevan olan
Qədim bir türk yurduna
Tələsir ayaqlarım.
Dəmir qapı Dərbəndə,
Türk yurdunda hər kəndə
Tələsir ayaqlarım.
Milləti türk olanla
Görüşməyə tələsir,
Türk dövləti Turanla
Qovuşmağa tələsir,
Tələsir ayaqlarım…
Tələsir ayaqlarım…
1992-ci ildə yazdığım “Tələsir ayaqlarım” şerindən bur parça
Hüseyn Mirzə