Qarabağ Universitetinin tərkibində bir peşə təhsili müəssisəsinin yaradılması nəzərdə tutulur.
Bashlibel.az APA-ya istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış” adlı konfransda çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, bununla bağlı ilkin planlar var: “Təbii ki, bu planlar təsdiq olunmalı, sonra yola çıxılmalıdır”.
Bashlibel.az