• Bz. May 26th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Zəfər paradı Xankəndidə olacaq – Hazırlıq gedir!

Okt 29, 2023

Loading

Noyabrın 8-də Azərbaycan 44 günlük Vətən savaşının üçüncü ilini – Zəfər Gününü qeyd edəcək.

Bashlibel.az “Musavat.com”a istinadən xəbər verir ki, Zəfər Günü bu dəfə Xankəndi şəhərində keçiriləcək.

Qeyd olunub ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbi birliklərinin paradı Xankəndi şəhərində olacaq. Paradı Ali Baş Komandan, Prezident İlham Əliyevin qəbul edəcəyi gözlənilir. Paradda hərbi texnika deyil, Vətən müharibəsində iştirakçı olmuş nümunəvi hərbi bölüklərin iştirakı nəzərdə tutulur.

Hərbi paraddan sonra Zəfər günü işğaldan azadlığının üçüncü ilini qeyd edəcək Şuşada davam etməsi gözlənilir.

Ermənilərin paradı

Qeyd edək ki, işğal illərində Ermənistan rəhbərliyi və qondarma rejim Şuşanın işğal günündə Xankəndidə hərbi texnikaların iştirakı ilə hərbi paradı keçirmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »