“Terrorçuluğu və işğalçılıq siyasətini dəstəkləyən bəzi ölkələrin hərbçilərinin şər-böhtan xarakterli ittihamları qəbuledilməz və cəfəngiyyatdır”.
Bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov xidməti müşavirədə deyib.
Nazir Azərbaycan Ordusunun uğurlu əməliyyatlarını həzm edə bilməyənlər tərəfindən səsləndirilən fikirləri şərh edərək heç kəsin bizimlə təhdid dilində danışa bilməyəcəyini vurğulayaraq terrorçuluğu və işğalçılıq siyasətini dəstəkləyən bəzi ölkələrin hərbçilərinin şər-böhtan xarakterli ittihamlarının qəbuledilməz və cəfəngiyyat olduğunu bildirib.
Bashlibel.az