• Ça. May 21st, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Zaxarova Rusiyanın Zəngəzur dəhlizi layihəsində mühüm potensial gördüyünü bildirib

Okt 4, 2023

Loading

Rusiya Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına doğru irəliləmək üçün Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsində mühüm potensial görür.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Azərbaycanı Ermənistan ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası ilə birləşdirən nəqliyyat marşrutunun bərpası layihəsi nəzərdən keçirilir. Biz bu layihənin həyata keçirilməsində İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması istiqamətində mühüm irəliləyiş potensialı görürük. Əlbəttə ki, hər şey ölkələrin siyasi iradəsindən və konkret razılaşmaların əldə olunmasına hazır olmasından asılıdır”, – Rusiya XİN sözçüsü vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »