• Ç. Apr 17th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Kəlbəcərdə metal kəşfiyyat işləri aparılır

Yan 30, 2024

Loading

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti 2022-ci ildən Kəlbəcər rayonunun inzibati ərazisində yerləşən “Tutxun” nəcib metal təzahürləri sahəsində mərhələli kəşfiyyat-axtarış işlərinə başlayıb. Axtarış işləri yalnız minalardan təmizlənmiş sahələrdə aparılır.

Modern.az-ın xəbərinə görə, bunu “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov ötən ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, cəmiyyət tərəfindən “Tutxun” sahəsində 273 km2 ərazidə tədqiqat aparmağı planlaşdırılsa da, 2023-cü ilin sonuna qədər minalardan təmizlənən 57 km2 ərazidə geoloji axtarış işləri icra edilib.

“İlkin nəticələr kafidir, tədqiqatlar davam etdirilir. Cari il daha 32 km2 sahənin geoloji axtarış işləri üçün ayrılması nəzərdə tutulub. Hazırda ərazi
Minatəmizləmə Agentliyi – ANAMA-nın mütəxəssisləri tərəfindən mina və digər partlamamış hərbi sursatlardan təmizlənir. Torpaqların minalardan təmizlənməsi ilə əlaqədar yaranan vaxt itkisini qismən kompensasiya etmək məqsədilə 2022-ci ildə Cənubi Qafqaz regionunda ilk dəfə olaraq tədqiqat ərazisində hiperspektral peyk çəkilişləri həyata keçirilib. Çəkilişlər Kəlbəcər rayonunu, eləcə də Laçın rayonunun bir hissəsini əhatə etməklə, ümumilikdə 1624 km2 sahədə aparılıb. Bundan başqa, qeyd etmək istəyirəm ki, cənab Prezidentin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq Cəmiyyətimizin öhdəliyinə mineral xammal ehtiyatlarının monitorinqi, təftişi, axtarışı, qiymətləndirilməsi kimi bir sıra vacib tapşırıqlar qoyulub. 2022-2024-cü illəri əhatə edən Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurun mövcud təbii sərvətlərindən xalqımızın mənafeyi naminə istifadə edilməsi istiqamətində dövlətimizin yürütdüyü siyasətə “AzerGold” olaraq dəstəyimizi davam etdiririk”, – deyə Z. İbrahimov əlavə edib.

Bashlibel.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »