Prezident İlham Əliyev “Gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı tədbirlər haqqında” fərman imzalayıb.
“Yeni Sabah” xəbər verir ki, 2024–2025-ci tədris ilindən başlayaraq təhsil almaq üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki ali təhsil müəssisəsinin bakalavriat səviyyəsinə, o cümlədən bakalavriat səviyyəsinin hazırlıq kursuna (bundan sonra – ali təhsil müəssisəsi) və hərbi kolleclərə qəbul olunmuş kursantlar üçün 500 (beş yüz) manat, hərbi liseylərə qəbul olunmuş kursantlar üçün 300 (üç yüz) manat məbləğində birdəfəlik ödəmə təsis edilir.
2024–2025-ci tədris ilindən başlayaraq bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan təhsil müəssisələrində təhsil alan kursantlar üçün təhsil müddətində aşağıdakı aylıq ödəmələr təsis edilir:
ali təhsil müəssisəsi üzrə:
150 manat məbləğində təqaüd;
200 manat məbləğində ailə üzvlərinə maddi yardım;
200 manat məbləğində hesabda yığılan ödəniş;
Hərbi kolleclər üzrə:
100 manat məbləğində təqaüd;
200 manat məbləğində ailə üzvlərinə maddi yardım;
150 manat məbləğində hesabda yığılan ödəniş;
Hərbi liseylər üzrə:
50 manat məbləğində təqaüd;
100 manat məbləğində ailə üzvlərinə maddi yardım;
100 manat məbləğində hesabda yığılan ödəniş.